Dünyanın ən balaca kompyuteri

"Xi3 Corporation" şirkətinin təqdim etdiyi kiçik ölçülü "Z3RO Pro" kompüterinin satışlarına cari ilin ikinci rübündə start veriləcək. SIA-nın məlumatına görə, qurğu 122×91×47 millimetr ölçüsündə yığcam korpusda hazırlanıb. "Z3RO Pro" yığcam kompüteri 1,65 QHs takt tezliyində işləyən ikinüvəli prosessorla təchiz olunub.

Əməli yaddaşın həcmi 4 QB təşkil edir. Yığcam kompüter "Gigabit Ethernet" şəbəkə kontrolleri, həmçinin 4 ədəd "eSATAp" portu ilə təchiz olunub. Displeyin qoşulması üçün "HDMI/DisplayPort 1.2" və "Mini DisplayPort 1.2" konnektorları nəzərdə tutulub.

Kompüterə "openSUSE Linux 11.2" əməliyyat sistemi quraşdırılıb. "Windows 8" və "Unix" daxil olmaqla digər proqram platformaları ilə uyğunluğa zəmanət verilib. "Z3RO Pro" yığcam kompüterinin qiyməti təqribən 400 dollar təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə