Yuxusuzlara xəbərdarlıq!

Mütəxəssislər normal müddət yatmayan şəxslərə xəbərdarlıq edib.Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. SİA-nın məlumatına görə, ABŞ-ın Çikaqo Universitetinin professoru Matthev Bradi 7 sağlam qadın və kişi üzərində apardığı araşdırmalardan sonra bu qənaətə gəlib.

Sınaq müddətində üzərində təcrübə aparılan şəxslər 4 gün 8.5 saat normal, daha sonrakı 4 gündə isə 4.5 saat yatıblar. Təcrübə başa çatdıqdan sonra iştirakçıların qanındakı yağlanma və onların gün ərzində aldıqları kalorinin miqdarı müəyyənləşib.

İştirakçıların öncəki və sonrakı durumları arasında böyük fərqlər aşkarlanıb. Normal yatmayanların analizləri şəkər və piylənməyə meyilli olan xəstələrin yekunları ilə uyğunluq təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə