McDonald's uşaq kitablarının ən böyük distributoru olacaq

McDonald's Böyük Britaniyada uşaq kitablarının ən böyük distributoru olacaq
McDonald's uşaq kitablarının ən böyük distributoru olacaq

"Fast-food" restoranlar şəbəkəsi McDonald's "Happy Meal" uşaq menyusundakı oyuncaqları uşaq kitabları ilə əvəz edəcək. SİA-nın Britaniya mətbuatına istinadən məlumatına görə, "Happy Readers" kampaniyasına Böyük Britaniyada 9 yanvardan etibarən start verilir.

2014-cü ilə qədər McDonald's Happy Meal vasitəsilə 15 mln uşaq kitabı satmağı planlaşdırır. Bununla da restoranlar şəbəkəsi Böyük Britaniyada uşaq ədəbiyyatının ən iri yayıcısı olacaq. Kampaniyanın əsas məqsədi ailələrdə mütaliənin stimullaşdırılması ilə bağlıdır.

Qeyd edək ki, Happy Meal uşaq menyusu ilk dəfə 1979-cu ildə yaranıb. Uşaqlar üçün menyuda qida ilə yanaşı oyuncaqlar, xüsusilə də cizgi filmlərinin məşhur personajları və ya kino franşizalar təqdim olunurdu. İlk əvvəl oyuncaqların dəyəri uşaq menyusunun qiymətinə daxil idi, lakin 2011-ci ildə onları ayrıca simvolik qiymətə satmağa başladılar.

Bütün xəbərlər Facebook səhifəmizdə