Fulton Innovation şirkəti Las-Veqasdakı "CES 2013″ sərgisində eCoupled texnologiyasını təqdim edib. Bu texnologiya vasitəsi ilə mobil telefonlar enerjini də paylaşa biləcəklər.
Texnologiyanı smartfon və planşet vasitəsi ilə təqdim ediblər. Smartfonun akkumlyatoru qurtarır, bu zaman həmin smartfonu planşetin arxa tərəfinə qoyurlar. Telefon dərhal enerji yığmağa başlayır. Enerjinin ötürülməsi üçün naqilə də ehtiyac yoxdur. Telefonu planşetin arxasına qoymaq kifayət edir.
Planşetə də telefondan elektrik enerjisi vermək mümkündür. Texnologiya Qi standartları əsasında işləyir. Bu standart elektrik enerjisinin elektromaqnit induksiyası vasitəsi ilə ötürülməsini nəzərdə tutur. Qi standartı "Wireless Power Consortium" tərəfindən hazırlanıb.
"Fulton Innovation" texnologiyanın nə vaxt satışa çıxarılacağını bildirmir. Bununla belə Qi standartı artıq Nokia Lumia 920, Nexus 4 və HTC Droid DNA kimi qadjetlərdə tətbiq olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB