Kişilər belə qadınları bəyənir

Kişilər belə qadınları bəyənir

Kişilərin üz cizgiləri özlərininkinə bənzəyən qadınları daha cazibədar hesab etdiyi məlum olub. SİA-nın xəbərinə görə, Fransadakı Montpellier Təkamül Elmləri İnstitutundakı elm adamlarının apardığı araşdırma, kişilərin göz rəngi ya da çənədə qəmzə olub olmaması kimi bəzi xüsusiyyətləri paylaşdıqları qadınları daha çox seçdiklərini göstərib.

Alimlər 100 nəfər iştirakçıya kompyuter mühitində bəzi dəyişikliklər edilən fotoşəkillər göstərib və cazibədar hesab etdiklərini ayırmalarını istəyib. Araşdırmadan sonra kişilərin çoxunun özləriylə eyni saç və göz rənginə, eyni incəlikdə dodaqlara sahib qadınları cazibədar saydıqları, hətta çənəsində qəmzə olan kişilərin, çənəsində qəmzə olan qadınları seçdikləri məlum olub.

Ən az bir uşağı olan 155 cütlüyün iştirak etdiyi araşdırmada da bənzər nəticələr əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə