Küləkli havada küllər uçmasın deyə külqabına su tökərik.
Danışma qabiliyyəti olan heyvanlara ilk olaraq söyüş söyməsini öyrədərik.
Birinci telefon zəngi gəldiyində telefonun yanına qaçan amma, açmaq üçün ikinci dəfə çalmasını gözləyərik.
Uşağı səhvən əlini kəsdiyi və ya yıxıldığı üçün ağladığında əlini kəsdi və ya yıxıldı deyə döyərik.
Ailəvi olaraq televizor izlənilən evdə pult atanın əlindədirsə və o nəyə baxarsa digərləri də ona baxmaq məcburiyyətində qalar.
Evin bir otağının lampası partladığı zaman yenisini almayıb, az istifadə olunan otağın lampasını onun yerinə taxarıq.
Dişlərini limonad açan, fındıq və qoz qıran kimi istifadə edənlərdə bizik.
İşində yaxşı olan birini tərifləyərkən təhqirlə kompliment deyənik.
Yeməyin ətini ən sona saxlayarıq.
Yerində oynayan bir stolun ayağına kağız salma fikri də bizdədir.
Televizorda film seyr edərkən filmin oyunçularıyla həmsöhbət olan (dayan o tərəfə getmə öldürəcəklər səni) Azərbaycan kinosevərləridir.
Avtomobilinə öküz, it, xoruz səsli siqnal taxdırma fikiri də bizə aiddir.
Təyyarədə olan tanışlarına təyyarə havalandıqdan sonra görməyəcəyini bildiyi halda əl yelləyərik.
Keçirdiyi bir yol qəzasından sonra qanlar içində çıxdığı avtomobilinə baxanda kədərlənənlər də bizik.
Azərbaycanlı olmaq dönərlə ayranı eyni anda bitirə bilməkdir, həyatında ən az bir dəfə çayxanaya getməkdir.
Maaşının iki qatı dəyərindəki cib telefonuna sahib ola bilməkdir.
P.S: Bu xəbəri yazdım, ama bilmirəm bunu saytda çıxmaq imkanı var ya yox. Çünki burda bizim haqqımızda yazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB