Öpüş necə yaranıb?
Bir çox ekspertlər qeyd edirlər ki, ilk öpüşün müəllifi müəyyən oluna bilməyib. O, digər tapıntılar kimi kəşf olunmayıb. Əslində, öpüş sözünün yaranmağı heç kimi maraqlandırmır. Daha maraqlısı odur ki, bu gözəl hərəkət niyə və necə yaranıb? Antropoloqlar, tarixçilər, filosoflar hələ indiyə qədər bir yekun fikrə gələ bilməyiblər.
Niyə insanlar öpüşür?
Birincisi, bu, cəmiyyət tərəfindən qəbul olunub. Demək olar ki, dünyanın hər yerində insanlar romantik şəraitə düşdükdə özlərindən asılı olmayan öpüşmək vacibiyyəti hiss edirlər. Belə bir hissiyat oyanır ki, bütün əkscinsli insanlar öpüş üzrə proqramlaşdırılıblar və elə bu anı gözləyirlər. İnsanlar televiziyada aktyor və aktrisaların öpüş səhnələrini görür, reklamlarda rast gəlinir, küçədə öpüşən cütlüklər görürük. Ona görə romantik situasiyaya düşdükdə şüuraltı siqnalla insanda öpüşmək tələbatı yaranır.
Öpüşün ənləri.
1.Öpüşün araşdırılması ilə 1981 - ci ildən BMT - nin Ümumdünya Sağlamlıq Komitəsi məşğul olur.
2.Öpüşmək üzrə rekord amerikalı A. E. Volframa məxsusdur. 0, 8 saat ərzində 8001 adamı öpmüşdür .
3.Kinoda ilk öpüş 1896-cı ildə Tomas Edisonun 30 saniyəlik "Öpüş" videoçarxında Mey İrvin və Con.C.Rayenin iştirakı ilə öz əksini tapıb.
4.Ən çox öpüş səhnəsi olan film 1926-cı ildə "Warner Brothers" kinokompaniyasının çəkdiyi "Don Juan" olub. Burada 191 dəfə öpüş sayılıb.
5.Kino tarixində ən uzunmüddətli öpüş 1940-cı ildə çəkilmiş "You're in the Army Now" filmində Redjis Tumi və Ceyn Vaymen arasında 185 saniyə davam edib. Bu səhnə filmin 4%-ni əhatə edir.
6.Ən uzunmüddətli öpüş 1999- cu ildə Kramt Subera və Dror Orpaz arasında olmuşdur, belə ki onlar kütlə qarşısında düz 30 saat 45 dəqiqə öpüşərək dünya rekordu qırmışlar.
Öpüş haqqında digər faktlar.
1.İnsanın dodaqları barmaqlarının ucundan 100 dəfə həssasdır.
2.Öpüş 5 kalori yandırır.
3.Öpüş zamanı bir insandan digərinə 278 bakteriya keçir, xoşbəxtlikdən onları 95%-i zərərsizdir.
4.Oğlanlar 10 yaşından öpüşməyə başlayırlar .
5.Yeməkdən sonra öpüş karyesin əmələgəlmə təhlükəsini azaldır.
6.Heyvanlar arasında şimpanzenin öpüşü insan öpüşünə daha çox bənzəyir.
7.Statistikaya əsasən insan ömrünün yalnız 2 həftəsini öpüşə sərf edir. Azdır, elə deyil ?
8.Öpüş prosesinin elmi adı filematalogiyadır.
9.Orta əsrlərdə İtaliyada cəmiyyət qarşısında qadını öpən kişi mütləq onunla evlənməli idi.
10.1979 - cu ildə Devid Boun insan kimliyini təyin etmək üçün dodaqların izini çıxaran "Lipoqraf" adlı cihaz icad etmişdi.
11.Yaponiyada insan qarşısında öpüşmək ədəbsizlik hesab olunur.
12.Hindlilərin fikrincə öpüş zamanı insanların ruhu və gücü bir - birilərinə keçir.
13.Aparılan tədqiqatlar sübut edir ki, işə gedərkən həyat yoldaşını öpən kişilər bunu etmiyənlərə nisbətən daha çox pul qazanırlar .
14.Əksər kişilərin öpmək arzusunda olduğu qadın Ancelina Colidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB