Odekalonu ürəyiniz tərəfə, biləyinizə, qulaqlarınızın arxasına vuraraq istifadə edin. Yəni bədəninizin o hissələrinə vurun ki, hansı ki, orda ürək döyüntülərinizi hiss edirsiniz. Bu döyüntülər dərinizə təsir edərək ətirin qoxusunu gücləndirir. Əgər özünüz öz ətrinizin qoxusunu daim hiss edirsinizə, deməli həddi aşmısınız. Ətirləri qətiyyən qarışdırmayın. Yəni dezodorant, odekalon və ətir. Gün ərzində bu vasitələrdən yalnız birini seçərək istifadə edin. Dəriniz yağlıdırsa gün ərzində bircə dəfə ətir istifadə etmək sizin işinizə yarayacaq. Çünki yağlı və nəmlənmiş dəri ətir qoxusunu özündə uzun müddət saxlayır. Əgər dəriniz qurudursa o zaman gün ərzində mütəmadi olaraq ətirdən istifadə edin. Yatağınıza sevdiyiniz ətiri səpin. Bu tez bir zamanda yuxuya getmənizə və səhər olduqca gözəl əhvalla yuxudan oyanmağınıza səbəb olacaq. Ətirlərinizi mövsümlərə görə dəyişin. Yayda yüngül, qışda isə tünd qoxulu ətirlərdən istifadə edin.
Onu da nəzərinizə çatdıraq ki, kişilər tərləməyə daha çox meyilli olurlar. Tərlədiyiniz an tər qoxusunu ətirlə ört-basdır etməyə qətiyyən çalışmayın. Çünki tərin spesfik qoxusu o qədər güclüdür ki, o sizin vurduğunuz ətirə nəinki yenilməyəcək, əksinə ətirin iyinə qarışıb ürək bulandırıçı qoxu yaradacaq. Bu isə ətrafınızda görmək istədiyiniz xanımı mütləq sizdən uzaqlaşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB