Deyirlər ki qadınların ən güclü "silahı" göz yaşları və gözəlliyidir. Bəs kişilərin ən güclü "silahı" nədir?
Səmimiyyət və nəzakət: Bu silah deyil deyənlər-bu qadın kişi münasibətində ən güclü silahdır. Qadının kişidən gözlədiyi hər şey bu bir tək sözdə ifadə olunub. Qadınlar belə məsələlərdə çox həssasdır. Hətta heç bir münasibətiniz olmasa da kişinin nəzakətli hərəkətləri qadına çox xoş olur. Hər bir qadın özünü aparmağı bacaran kişiyə üstünlük verəcək.
Özünə inam: Qadına iradəsiz və həddindən yumşaq kişilər xoş gəlmir. Nəzakətli və inamlı olan kişilər öz hisslərini məharətlə,həssaslıqla və başlıcası israrla göstərməyi bacarır. Qadınlar qərarsız kişiləri sevmir, cəsarətli olanlar isə hətta şəhərləri belə fəth edə bilirlər. Qadın nə qədər gözəldirsə kişi o qədər qərarlı olmağı bacarmalıdır.
Yaraşıqlı xarici görünüş: Fikir versəniz bəzən qadınlar şirin gözəl kişilərdən yan keçib adi bir kişiyə valeh ola bilirlər. Qadının xarici görünüşündə gözəl üz quruluşu, fiqura və cazibədarlıq üstünlük təşkil etdiyi qədər kişidə bunu yalniz bir şey əvəz edə bilər...Ətri, qoxusu. Qoxunun bəxş etdiyi cazibədarlığa qarşı durmaq çətindir. Hətta qədimlərdə də həyat yoldaşını seçmək zamanı burun başlıca rol oynayıb. İndi də qadınlar bəzən özləri də bilmədən patnyorlarını qoxusuna görə seçirlər.
Danışıq qabiliyyəti: Qadına öz hisslərini çatdıra bilən kişilər nə xoşbəxtdir. Kişi qadına heyranlığını bildirəndə bu hər bir qadının xoşuna gəlir. Göstərin ki o necə unikaldır, yeganədir, müqayisə olunmazdır. Daha deməyin ki bütün qadınlar eynidir. Hətta yaşlı qadınlar da hisslərini ifadə etməyi bacaran hər hansı bir kişiyə üstünlük verəcək. Və kişilər bilir ki, onun səsinin tonu artıq çox şeyi dəyişə bilər.
Səxavətli olmaq: Uğur qazanmağın daha bir yolu. Belə kişi qadının yanında həmişə gözəl qarşılanacaq. Qadınlar naturalarına görə çox səxavətli olurlar,onlar düşünmədən hədiyyə edə bilərlər. Haqq hesab etmədən bağışlayarlar. Ona görə də səxavətli insanla xəsis insanı asanlıqla ayırd edə bilirlər. Diqqət və qayğını səxavətlə göstərmək bahalı hədiyyələr qədər dəyərlidir. Xəsislik qadınların xoşlamadığı başlıca xarakterlərdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB