Dünyanın ən qəribə məktəbi

Hindistanın paytaxtı Dehlidə düynanın ən qəribə məktəblərindən birinə rast gəlmək mümükündür. SİA xarici mətbuata istinadən xəbər verir ki, məktəbin nə binası, nə partaları, nə sinif otaqları var. Məktəb Dehlidəki körpülərdən birinin altındadır və yalnız iki taxta parçası, iki kətildən ibarətdir.

Müəllim Raceş Kumar Şarma burada yoxsulların, normal məktəbdə təhsil pulunu ödəyə bilməyən adamların övladlarına dərs deyir. Artıq üç ildir ki, ətrafdakı daxmalarda yaşayan və ya ümumiyyətlə, daxması belə, olmayanların övladları buraya, "Kumarın məktəbi"nə gəlirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə