Qırmızı gözlər xəstəlik qaynağıdır

Qırmızı gözlər xəstəlik qaynağıdır

Fotolarda qırmızı düşən gözlər çox ciddi xəstəliyin əlaməti ola bilər. Türkiyəli professor A.Berk fotolarda qırmızı çıxan gözlər haqda şok açıqlama verib.

Professorun sözlərinə görə, fotolarda bəzən göz bəbəklərində qızartı olmadığı halda gözlərin rəngi qırmızı çıxır. Buna səbəb göz kataraktası və ya gözün selikli qişasının altındakı qatda şiş xəstəliyi ola bilər.

Foto çəkilən zaman gözün arxa divarındakı mərcimək boyda maye işıqdan həssaslaşıb rəngini dəyişmirsə, deməli buna mane olan səbəb var.
Professor belə şəxslərə oftalmoloqa getməyi məsləhət görür: "Fotolarda qırmızı düşən göz ciddi xəstəlikdən xəbər verə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə