Tarixi sənədlər ilk insan yaranandan bu günə qədər yüzlərlə, hətta minlərlə qiyamət ssenarilərinin yazıldığını və insan oğlunun dünyanın dağılmasından dəhşətli dərəcədə qorxduğunu göstərir. Maya təqviminə əsasən bu gün saat 11:00-da qiyamət olmalı idi. Lakin indi saat 12:50-dir. Bəs niyə qiyamət olmayıb?
İlk qiyamət ssenarisi b.e.ə. 2800-cü ilə aid olan Assur kitabəsində qeyd olunub. Gildən hazırlanmış kitabədə reallaşmamış qiyamət ssenarisini belə izah edir: "Dünyamız, son günlərdə korlandı. Dünyanın sürətlə sonuna yaxınlaşdığını göstərən işarələr var. Rüşvət və sui-istifadə baş alıb gedir. Uşaqlar artıq ana atalarına itaət etmir. Bütün bunlar dünyanın sonunun gəldiyini göstərir". Bu yazıdan çox keçmədi ki, dünyanın sonu gəlməsə də, Assur İmperatorluğunun sonu gəlir.
Daha sonra Papa II Silvester iddia edib ki, İsa Peyğəmbərin anadan olmasının 1000-ci il dönümündə dünyanın yox olacaq. 1000-ci ilin 1 yanvar tarixində dünya dağılmadı və xristianlar bu dəfə də İsanın öldüyü günün il dönümünü gözləməyə başladılar. Amma, gözlənilən qiyamət 1033-cü ildə də qopmadı.
Qiyamət fikri sənətçilərə də təsir etdi. Sənətin qızıl çağı olaraq bilinən İntibah dövründə dominikli keşiş Girolamo Savonarolanın "Tanrının qılıncının qısa bir müddət sonra müharibə, vəba və aclıq olaraq dünyanın üstünə gələcəyi" öngörüşündən bir çox sənət adamları təsirlənib. Dövrün məşhur rəssamlarından Sandro Botticelli "Mistik ad" adlı cədvəlində qayaların altına saxlanıb gözləyən kiçik İblis rəsmi çəkib, şəklin altına da qiyamətin yaxın olduğuna dair qeydlərini yazıb.
Tarixdə qiyamətdən öz mənfəətləri üçün istifadə edənlər də oldu. Papa III İnnocent 1213-cü ildə Qüds və müqəddəs torpaqlara V Səlib yürüşlərini təşkil etmək üçün qiyamət qorxusundan faydalandı. Qiyamətin İslamın yüksəlişindən 666 il sonra, yəni 1284-ci ildə qopacağını öngörən Papaya inanan xristianlar, müqəddəs torpaqları alıb dünyanı xilas etməyə çalışarkən öldülər. 1284-cü ildə də qiyamət qopmadı.
Alimlər arasında da qiyamət fikirindən təsirlənənlər az olmayıb. Alman riyaziyyatçısı və astronomu Johanes Stöfler 1499-ci ildə planetlərin düzülüşünü əsas götürərək, öncəgörməlik edərək 20 fevral 1524-cü ildə meydana gələcək tufanın dünyanı yox edəcəyini söyləyib. Stöflerin qiyamət öncəgörməsi, nəşr olunan 100 ədəd kitab Avropaya yayıldı. Yüzlərlə gəmi inşa edildi, almaniyalı əsilzadə Qraf von İggleheim Reyn çayında üç qatlı gəmi tikdirdi. Ancaq, tufan olmadı, əksinə 1524-ci il olduqca quraq keçdi. İgleheimin gəmisində yer tutmağa çalışanlar arasında dava düşdü, yüzlərlə adam öldü. Qalanlar da qiyamətin qopmadığını görəndə qrafı daşlayaraq öldürdü.
İngiltərəli kahin Çarles Piazi Smit 1641-ci ildə "Shipton Ana" nın öngörmələrindən və Misirdəki Giza Piramidasının sirrlərindən təsirlənərək yeni bir qiyamət tarixi müəyyənləşdirdi. Piramidanın yalnız Misirlilər tərəfindən deyil, eyni zamanda Nuh Peyğəmbər tərəfindən inşa edildiyini irəli sürən və piramidalarda dünyanın dağılacağı tarixi göstərən izlər tapdığını bildirən Smitə minlərlə insan iman gətirdi. 5 Yanvar 1881-ci il tarixində Nyu York Tayms həm Smit həm də ona inananları məsxərəyə qoyan bir məqalə yayımladı: "Piramidanın ortasındakı qalereyada tam 1881 kəsik var. Bu da son ilimizə girdiyimizi göstərir".
Tufanlar və piramidalar dünyanın sonunu gətirmədi və insanlar bu dəfə də ümidlərini kosmosa bağladı. 1910-cu ildə dünyanın yaxınından keçən Halley quyruqlu ulduzu qiyaməti gözləyənlər üçün yeni fürsət oldu. May ayında Halley dünyanın yaxınından keçdi və Nyu York Tayms "Hələ də buradayıq" başlıqlı xəbər yayımladı.
Məşhur kahin Nostradamusun kitabında 1999-cu il tarixi dünyanın sonu olaraq göstərilirdi. Nostradamus, 1999-un yeddinci ayında göydən Dəhşət Kralının gələcəyini və dünyanın sonuna səbəb olacağını yazmışdı. Ancaq, 1999-cu ildə hər hansı böyük bir fəlakət olmadı.
1 Yanvar 2000-ci ildə isə dünyada həyatın dayanacağı, hətta nüvə müharibəsinin başlayacağı iddia edildi. "İndependentye" qəzeti Beynəlxalq Valyuta Fondunun inkişaf etməkdə olan ölkələrdə iqtisadi xaos yaşanacağını nəzərdə tutduğunu yazdı. İnsanlar 1 Yanvar yaxınlaşarkən ticarət mərkəzlərinə hücum etdilər. 1 Yanvar 2000-ci ildə də qiyamət qopmadı, dünya isə yeni bir əsrə ayaq basdı.
İsveçrənin Cenevrə şəhərində yerləşən Avropa Nüvə Araşdırma Mərkəzindəki (CERN) Böyük Hadron Toqquşdurucusu da qiyamət ssenarilərindən nəsibini aldı. İsveçrə-Fransa sərhədində yerin 100 metr altında qurulan Böyük Hadron Toqquşdurucusunun protonları işıq sürətinə çox yaxın bir sürətə çatdırılaraq toqquşduracağını öyrənənlər qiyamət ssenarilərini yazmağa başladılar. Bu toqquşmanın mikro ölçülərdə qara dəliklər meydana gətirəcəyini və dünyanın sonunun gələcəyini iddia etdilər. 10 Böyük Hadron Toqquşdurucusu 2008-ci iin sentyabrında işə salındı, amma qiyamət qopmadı.
2012-ci ilin sonuna yaxınlaşarkən yeni bir qiyamət ssenarisi meydana çıxdı. Mayyalıların e.ə. 3114-cü ildə başlayan və "Baktun" olaraq adlandırılan 394 illik dövrlərə ayrılan təqviminə görə, XIII baktun 21 dekabrda sona çatır. XIII baktunun sonu dünyanın sonu kimi qiymətləndirildi.
Əgər dünya 21 dekabrda da yox olmazsa, ehtiyatda tutulan digər qiyamət tarixləri də var.
Məsələn, amerikalı astroloq Jeyne Dikson İsanın 2020-ci ildə geri gələrək pisliyə qarşı müharibəyə başlayacağını və bu müharibənin bitməsindən bir müddət sonra da dünyanın yox olacağını irəli sürüb.
1974-cü ildə "Quran-i Kərim"də 19 möcüzə olduğunu deyərək İslam dünyasında müzakirələrə səbəb olan və Quranın "riyazi sistemi"ni yaratdığını iddia edən misirli biokimyaçı Rəşad Xəlifə dünyanın sonunun 2280-ci ildə gələcəyini hesablayıb.
Yəhudilərin müqəddəs qəbul etdiyi Talmut kitabına görə, Məsih Adəmin yaradılışından 6 min il sonra gələcək və sonrakı min il içində dünya yox olacaq. Talmuda görə dünyanın məhv olma tarixi 3240-cı ilə təsadüf edir.
Bəzi alimlər isə Böyük Partlayışdan (Big Bang) 5 milyard il sonra Günəşin qırmızı böyük bir dev planetə çevrilərək dünyanı yox edəcəyini söyləyiblər.
2003-ci ildə isə "Böyük Son" nəzəriyyəsini irəli sürən alimlər davamlı genişləyən kainatın təxminən 22 milyard il sonra tamamilə yox olacağını irəli sürüblər.
İslamda yer alan məlumatlara görə qiyamət gününün olması üçün əvvəlcə 7 əlamət özün göstərməlidir. Bu əlamətlər: Sonuncu Peyğəmbərin gəlişi, Məhəmməd Peyğəmbərin vəfatı, Qüdsün (Yerusəlimin) fəthi, Amvasda taun epidemiyası, müsəlmanların varlanması, iğtişaşın yaranması, yalançı peyğəmbərlərin peyda olmasıdır.
Sonda isə qeyd edim ki, mayalılar indi də iddia irəli sürüblər ki, "qiyamət" günü 2037-ci ildə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB