Dünyanın sonu ilə bağlı məşhurların fikirləri

Dünyanın sonu ilə bağlı məşhurların fikirləri

Dünyanın sonunun olacağına dair fikirlər tarix boyu mövcud olmuşdur. Son günlər dünya gündəmini zəbt edən dünyanın sonu ilə bağlı fikirlərin həqiqət olmadığı artıq məlumdur. Hal hazırda 2012-ci il dekabr ayının 21-nin ilk dəqiqələrini yaşayırıq. Gördüyünüz kimi hər kəs həyatdadır. Maraqlı burasıdır ki, bütün bu dezinformasiyalar həqiqət olmadığı hər kəsə məlum oldu. Belə elanlar dəfələrlə olub. Ancaq həqiqət budur ki, heç kəs dünyanın yaranışını dərk edə bolmədiyi kimi sonunu da dərk edə bilməz. Oxucularımıza tarixdə məlum olan dünyanın sonu ilə bağlı məşhur insanların fikirlərini paylaşırıq.

Bunların ən məşhurları:

500-ci il. 3 Roma ilahiyyatçısı elan etmişdi ki, 500-ci il dünyanın sonudur və bu vaxt İsa peyğəmbər yenidən dünyaya gələcək.

1666-cı il. 17-ci əsrin əvvəlində və ortalarında əminlik var idi ki, 1666-cı il dünyanın sonu olacaq. Bu əminlik 3 "6"-nın dalbadal gəlməyinə, 666 isə öz növbəsində Tövrata əsaslıanırdı ki, 666 şər qüvvə ilə bağlıdır.

1843-1844-cü illər. Amerikalı dini fəal Miller inanırdı ki, İsa peyğəmbərin ikinci gəlişi 1843-1844-cü illərdə olacaq. Bu vaxt Yer od tutub, yanacaq.

1910-cu il. Qalley kometinin 1910-cu ildə Yerə yaxınlaşmasını dünyanın axırı kimi gözləyirdilər.

Belə bir fikir var idi ki, kometin quyruğu zəhərli qazlardan ibarətdir və bu, Yer üzündə həyata son qoya bilər.

1914-cü il. Yehova şahidləri dünyanın sonunun 1914-cü ildə olacağını elan etmişdilər.

Bunun düz çıxmamağı onları dayandıra bilmədi.

O vaxtdan Yehova şahidləri dünyanın axırının nə vaxt olacağının vaxtaşırı müxtəlif proqnozlarını verirlər.

1997-ci il. ABŞ-da "Cənnət Qapısı" adlı sektanın 39 üzvü intihar etdi. Sektanın rəhbəri Applewhite öyrədirdi ki, başqa planetdən olanlar Yer kürəsini insanlardan təmizləyəcəklər.

1999-cu il. Nostradamusun belə bir öncəgörməsi var ki, göylərdən terror kralı "1999 və 7 ayda" gələcək.

Bu fikir 1999-cu ildə dünyanın axırının olacağına qorxular yaratmışdı.

2000-ci il. Adətən hər min illik qurtaranda dünyanın axırı proqnozları peyda olur.

2003-cü il. Yapon sektası Aum Shinrikyo elan etmişdi ki, 2003-cü ildə dünya nüvə müharibəsindən məhv olacaq.

2012-cü il dekabrın 21-i. Maya təqvimində 5125 illik dövr başa çatır. Bunu belə yozurlar ki, bu, dünyanın sonudur.

Bütün xəbərlər Facebook səhifəmizdə