Ceki Çana qarşı sui-qəsd

Ceki Çan silah gəzdirməsinin səbəblərini açıqladı

Çin və Hollivud aktyoru, döyüş ustası Ceki Çan uzun müddət üzərində silah və əl qumbarası gəzdirib. Buna səbəb Çində mafialardan birinin məşhur aktyoru öldürmək istəməsidir. Honq Konqda dərc olunan "Southern People Weekly" jurnalına müsahibəsində Ceki Çan bildirib ki, Çin mafiası ona qarşı sui-qəsd planı hazırlayıb. "Keçmişdə onlar hədə-qorxu gəldiyi vaxt ABŞ-a getmək məcburiyyətində qaldım. Təyyarədən düşərkən isə mənə atəş açdılar.",-deyə aktyor əlavə edib.

Qeyd edək ki, 58 yaşlı döyüş sənətlərinin və dava-dalaş filmlərinin ulduzu söyləyib ki, bir dəfə Honq Konqd 20 mafia üzvünün hücumuna məruz qalıb. Əllərində bıçaqla aktyora hücum edilərkən isə Ceki Çan silah istifadə etməyə məcbur qalıb.

Artıq Honq Konq polisi Ceki Çanın müsahibəsindən sonra bu işin araşdırılacağını, lakin məşhur aktyordan izahat alıb-almayacağını açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə