Mayyalıların vətənində "21 dekabr" hazırlığı başladı
Qvatemalada kahinlərin iştirakı ilə Mayya məbədlərinin təmizliyinə başlanılıb. Bununla da kahinlər yeni Günəş Erasına hazırlıq görürlər. Qvatemalada yaşayan Mayya, Qarifuna və Şinka xalqlarının hökumətləri şurasının birinci katibi Alberto Marrokinin sözlərinə görə, bu tarix mayya xalqı üçün yeni şəfəqdir.
Təmizlik işləri çərçivəsində ölkə ərazisində yerləşən 20 müqəddəs mayya məbədi təmizlənəcək. Kahinlər həmin gün xalqların, cəmiyyətlərin və ailələrin birliyi və dünyada sülhə nail olunması naminə ibadət etməyə çağırıblar. Onlar hesab edirlər ki, yalnız bu üsulla Yeri xilas etmək və sülhə nail olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB