İlin ən gülməli oğurluğu

İki silahlı inkassator ticarət mərkəzinə silahlı hücum təşkil edərək, süni yolka ağacını oğurlayıblar

Rusiyanın Yekaterunburq şəhərində iki silahlı inkassator ticarət mərkəzinə silahlı hücum təşkil edərək, süni yolka ağacını oğurlayıblar.

Hadisə 15 dekabr gecə "Qrinviç" ticarət mərkəzində baş verib. "Rosnikasa" bankının iki əməkdaşı mağazaya daxil olaraq, satıcını silahla təhdid ediblər və oradan çox ucuz qiymətə yolka ağacını oğurlayaraq xidməti maşında hadisə yerindən qaçıblar.

Axtarış nəticəsində qısa zamanda oğruları tutmaq mümkün olub. Onların tutulan zaman sərxoş olduqları bildirilir. "Oğurlanmış yolka müsadirə edilib. İnkassatorların silahlı hücumu nəyə görə törətdikləri hələ ki, məlum deyil", – polis rəsmisi mətbuata açıqlamasında deyib.

Hadisə barəsində Rusiya Federasiyasının qanunvericiyinə uyğun olaraq, cinayət işi qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə