Dünya gecələr yatmır

Milli Aviasiya və Kosmos Dairəsinin (NASA) Suomi peyki vasitəsi ilə gecə qaranlığında yerin buludsuz və şəffaf görüntülərini əldə edib. SİA-nın verdiyi xəbərə görə, ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) ilə NASA-nın ortaq şəkildə apardığı proqram çərçivəsində kosmosa göndərilən Suomi peyki vasitəsilə yerin əsrarəngiz görüntülərini əldə edib. Görüntülərdə yalnız şəhərlərin parlaqlığı deyil, qaz çıxışları, qütb işıqları, meşə yanğınları, hətta ay işığının əksi də görüntülənib.

NOAA araşdırmaçılarından Steve Miller deyib: "Bir çox səbəbdən dünyanı gündüz görməyə ehtiyacımız var. Ancaq bunu gecə də etməliyik. Çünki insanlardan fərqli olaraq, dünya əsla yatmır.

Bütün xəbərlər Facebook səhifəmizdə