1. Bir cut ağcaqanadın təkcə aprel - may aylarında yumurtalarının hamısından ağcaqanad çıxsaydı dünyanı 14 metr qalınlığında ağcaqanad təbəqəsi tutardı.
2. İnsan əlində ən gec uzanan dırnaq baş barmaqda olur, ən sürətli isə orta barmaqda.
3. İmam Əli (ə) buyurub: "Ey Adəm övladı! Bu gün sabah (onun ruzisi) üçün kədərlənmə. Çünki əgər sabah sənin ömründən olsa, Allah sənin ondakı ruzini yetirəcək".
4. Qədim Romada şalvar kobud barbar geyimi hesab edilərək qadağan olunmuşdur.
5. Hindistanın qədim adətinə görə dul qadın özünü yandırarmış.
6. 2-ci Dünya müharibəsi zamanı alman kəşfiyyatının başçısı Kanarsi Avropa restoranlarına yalnız kar qadınları işə götürməyi əmr etmişdir.
7. Popuri sözünün fransız dilindən tərcüməsi "yığma xörək" deməkdir.
8. Dünya səviyyəli bəstəkar Motsartın qəbri yoxdur.
9. İngiltərədə 1824-cü ilə qədər aktyorları rəsmi olaraq "avara" adlandırırdılar.
10. Zəncirbənd [zamok] ilk dəfə ayaqqabıda istifadə olunmaq üçün nəzərdə tutulmuşdu.
11. Ən təhlükəli peşələr: kosmonavt, polis, futbolçu və balıqçılıq hesab olunur.
12. Kembric universitetində riyaziyyat fənnindən pis qiymət alan tələbəyə taxta qaşıq verirlər.
13. Braziliyalılar futbolda təsadufi qolu "cücə" adlandırılar
14. Malta Respublikasında 2 telekanal var.
15. ABŞ əhalisinin fikrincə 2 $ əskinas uğursuzluq gətirir.
16. 400 il əvvəl İtaliyada konservatoriya sözü "yetimlərin yaşadığı ev" mənasını verirdi.
17. Peyğəmbərimiz (s) buyurub: "Müsəlmanın həftədə (heç olmasa) bir gün dini məsələləri, halal-haramı öyrənməməsi
necə də böyük qəbahətdir, təəssüf edirəm belə şəxslərə!.."
18. Karnaval sözünün mənası "ətdən imtina etmək' mənasını verir.
19. İnsanların ölmüş adamları yuxuda görməsinin səbəbi yatarkən insan beyninin məntiq hissəsinin fəaliyyətini dayandırması, emosiya və duyğular olan hissəsinin isə fəaliyyətdə olmasıdır.
20. Nyu-Yorkun telefon şirkətlərinin apardığı tədqiqatlara görə, insanlar telefonla danışarkən ən çox "mən" sözündən istifadə edirlər.
21. Ən varlı itin 15 milyon funtsterlinq pulu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB