İnsan hər dəqiqə bir xəbər almasa, yəqin ki, həyat çox darıxdırıcı olar. Xəbər maraqlı olanda isə insanın yaşamaq həvəsi bir az da artır. Niyə? Çünki bu bizim həyat tərzimizdir. İndi isə həyat tərzinizi bir az da rəngarəng edin:
Yumurtadan təzə çıxmış timsah balası yumurtadan 3 dəfə uzun olur.
Dünyanın ən qısa vəsiyyətnaməsi amerikalı milyonçu Stiv Buxayler tərəfindən yazılıb. 7 oğlu, 49 nəvəsi olan milyonçunun vəsiyyətnaməsi belə olub:
"Heç kəsə heç nə verilməsin".
Pablo Picasso ən çox rəsm çəkən rəssamdır. Onun sənət həyatı 78 il olub. Picassonun 13 min 500 ədəd eskiz və rəsm əsəri, 100 min qravür və estamp, 34 min ədəd kitab illüstrasiyası və 300 keramik və heykəltəraşlıq işi var. Bunların ümumi qiyməti 1 milyard ABŞ dollarıdır.
Nobel mükafatı laureatlarından ən cavanı fizik Uliyam Lourens Breqdir. O, 1915-ci ildə 25 yaşında atası ilə birlikdə kəşfinə görə, bu mükafata layiq görülüb. Ən yaşlı laureatı isə 1977-ci ildə 88 yaşında bu mükafatı almış Con Hasburq Van Flek olub.
Bir sözü tələffüz etmək üçün 72 əzələ hərəkətə gəlir.
Dünyanın ən bahalı sənət əsəri Leonardo da Vinçinin 1503-1507- ci il illər arasında çəkdiyi "Mona Liza" əsəridir. Əsər Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyindədir. 1517-ci ildə Fransa kralı I Fransisk 4000 qızıl florin (220 min ABŞ dolları ) ödəyərək bu rəsm əsərini alıb .1962-ci ildə "Mono Liza"nın sığorta qiyməti 100 milyon ABŞ dolları olub.
Paparassi sözü 60-cı illərin əvvəllərində Federiko Fellininin sayəsində yaranıb. Onun " Şirin həyat" filminin baş qəhrəmanı Paparasso adlı fotoreportyor olub. Paparassonun prototipi real insandır. O, italiyalı fotoqraf Tasiyo Sekkiarolidir.Tasio ilk dəfə məşhurların gizli çəkilən şəkillərinin redaktorlar tərəfindən baha qiymətə alındığına diqqət verən ilk fotoqraf olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB