Şərab içənlər, diqqət!

Spirtli içkilərin qəbul edilməsi hipertaniyanın 2 qat, ağız boşluğunun xərçənginin isə 3 qat artması riskini yaradır. SİA xarici mətbuata istinadən xəbər verir ki, hər gün iki qədəh şərab içmək ağız boşluğunun xərçənginə gətirib çıxara bilər. Həkimlərin dediyinə görə ağız boşluğu xərçəngi nisbətən az yayılsa da, son 30 il ərzində bu xəstəliyə tutulanların sayı 20% artıb.

Bununla bağlı Böyük Britaniya hökuməti spirtli içkilərlə mübarizə kampaniyası keçirir. Bu mövzuda müxtəlif videoçarxlar nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə