Həkimlər: "Gözlərinizi tez-tez qırpın!"

Həkimlər: "Gözlərinizi tez-tez qırpın!"

Amerika alimləri müəyyən ediblər ki, kompyuterdə "verdana" şrifti gözlər üçün daha təhlükəsizdir. SİA-nın verdiyi xəbərə görə, alimlərin fikrincə göz əzələləri bu şriftlə yığılan mətnlərin oxunuşunda daha az gərginləşir.

Hərflərdə kərtmələr olmadığından Verdana yaxşı "oxunaqlığa" malikdir.

Göz üçün ekran şriftinin ən optimal ölçüsü 10-12 punktdur. Məlumdur ki, monitor arxasında uzun müddətli oturmaq gözləri gərginləşdirdiyindən zərərlidir. İnsan gözü daha çox uzağa baxmaq üçün nəzərdə tutulub. Bundan başqa göz, əşyaları işığın əks olunması şəraitində görməyə uyğunlaşdırılıb. Monitorlar isə işığı buraxır, əks elətdirmir. İş üçün isə adi məsafə yarım metrə qədərdir. Bu da zamanla gözün itiliyinə mənfi təsir edir.

Çoxları görmə qabiliyyətinin zəifləməsini hiss edirlər, digərlərində gözlər ağrayır, qaşınır və qızarır. Alimlər tərəfindən dəqiq müəyyən olunub ki, kompyuter monitorlarının bütün növləri hətta maye kristallı monitorlar gözlərə zərərli təsir göstərir.

Mütəxəssislər bildirib ki, monitorların gözə zərərli təsiri ondan ibarətdir ki, istifadəçi kompyuter arxasında oturaraq, daha az gözlərini qırpır. Görüntülərin detallarını yaxşı görmək üçün insana gözlərini qıymaq lazım gəlir. İstifadəçi nə qədər çox gözlərini qıyırsa, bir o qədər az gözlərini qırpır. Göz maksimal gərginliyə çatdıqda qırpma tezliyi 4 dəfə azalır. Gec qırpmalar nəticəsində gözlər kifayət qədər nəmlənmir. Bu da gözlərə diskomfort , quruluq, gözlərdə "qum" hiss elətdirir.

Həkimlər, kompyuter arxasında işləyərkən gözləri tez tez qırpmağı məsləhət görürlər. Həmçinin gözlərə "süni göz damcıları" preparatı damızdırmaq olar.

Problemin əsl həll yolu isə konkret şəraitlərə və konkret insana uyğun olaraq parlaqlığı və rəngliliyi tənzimləyən qabaqcıl monitorlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə