Doğum gününüz və sevginiz... MARAQLI

Doğum gününüz və sevginiz... MARAQLI

Doğulduğunuz tarixə görə sevginiz məhz belədir:

Ayın 1, 10, 19, 28-də doğulanlar: Məhəbbət sizin üçün əvəzolunmaz maceradır. Yenilik axtarışında olub fantaziyanızı işə salırsınız. Sevgilinizin ehtiraslarına boyun əyirsiniz. Onu necə xoşbəxt etməyi öyrənməli və onun istəklərinə əhəmiyyət verməlisiniz...

Ayın 2, 11, 20, 29-da doğulanlar: Bütün işlərdə planlı olmağı sevirsiniz. Elə məhəbbətdə də... Münasibətlərinizin harada, necə və nə zaman olacağını bilmək istəyindəsiniz. Çox qayğıkeş birisiniz. Məhəbbətdə təbiilik və səmimilik sizin üçün çox vacibdir. Sevgili seçərkən həssas olmasına üstünlük verirsiniz...

Ayın 3, 12, 21, 30-da doğulanlar: Özünüzə arxayınsınız, çoxlarının arzusunda olacaq bir sevgili rolundasınız. Xasiyyətindəki səmimilik və yumor hissi istənilən kəsi yanınızda rahat hiss etməsinə imkan yaradır...

Ayın 4, 13, 22, 31-də doğulanlar: Sevgidə mübarizə aparıb, istəyinizə çatırsınız. Qarşı tərəfi anlamağa daha çox vaxtınız gedir. Sevgilinizə inansanız, düşüncələrdən uzaqlaşıb, sevgilinizi xoşbəxt edə bilərsiniz...

Ayın 5, 14, 23-də doğulanlar: Macerapərəst, həyəcanlı, bəzən də qorxaq bir xaraktərə sahibsiniz. Dinamik həyat tərzinə öyrəşdiyinizdən, sakit sevgi sizə görə deyil. Eynilikdən bezirsiniz. Qarşı tərəfin də fikirlərini nəzərə alsanız, heç də pis olmaz...

Ayın 6, 15, 24-də doğulanlar: Romantika, şamlarla bəzədilmiş görüşlər daim xəyalınızdadı. Sevgilinizlə bütün ömrünüzü keçirməyə hazırsınız...

Ayın 7, 16, 25-də doğulanlar: Xəyalpərəst, yaradıcı, romantik bir sevgilisiniz. Bəzən hisslərinizin ucbatından məhəbbət maceralarınız qısa müddətli olur. Səbirsizliyiniz də münasibətlərin davamlı olmasına əngəl yaradır...

Ayın 8, 17, 26-da doğulanlar: Sevgidə intim münasibətlər sizə oyun kimi gəlir. Münasibətlərdə öz sözünüzü yeritmək istəyirsiniz. Cazibəli olduğunuz üçün bu istəyinizi cavabını almadan yerinə yetirirsiniz...

Ayın 9, 18, 27-də doğulanlar: Hisslərinizi cilovlaya bilmirsiniz. Səbr kasanız tez dolur. Bütün bu çatışmazlıqlara baxmayaraq, sevdiyiniz insanın istəklərini yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırsınız...

Bütün xəbərlər Facebook səhifəmizdə