İnsanın sadiq dostu yenə öz ampulasında

İnsanın sadiq dostu yenə öz ampulasında

Ötən günlərdə Niderlandda maraqlı hadisə baş verib. Belə ki, baş vermiş qasırğanın fəsadlarını aradan qaldırmağa çalışan yanğınsöndürənlərə gözlənilməyən yerdən yardım yetişib.

Hardervik qəsəbəsində lentə alınan yanğınsöndürmə əməliyyatında təhlükəsizlik işçiləri evin damını zədələyən ağacı kəndir vasitəsilə uzaqlaşdırmağa çalışıb. Qəflətən ərazidən keçən bir it yanğınsöndürənlərə yardım etməyə başlayıb. Kütlənin gülüşünə səbəb olan bu hadisənin kadrlarını SİA sizlərə təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə