Dünyanı su basacaq

Yeni bir araşdırma nəticəsində məlum olub ki, dünyanı su basma təhlükəsi yaranıb. SİA-nın verdiyi xəbərə görə, buzlaqların son 20 ildə əriməsi nəticəsində dəniz və okeanların səviyyəsi qalxıb.

Araşdırmalarda 47 alim iştirak edib. Kosmosdan 1992-ci ildən bəri alınan şəkillərdən çıxan nəticəyə görə, qlobal istiləşmə nəticəsində əriyən buzlaqlar dənizlərin və okeanların səviyyəsini qaldırıb.

Araşdırmaya görə, Antarktika və Qrelandiyada son 20 ildə dəniz səviyyəsi 11 mm qalxıb. Eyni zamanda 1990-cı ildən indiyədək buzlaqlar 5 dəfə artıq sürətlə əriyir.

Araşdırmanın rəhbəri professor Andrev Shepherd bildirib ki, qütblərdəki buzlaqların əriməsinə səbəb sürətli iqlim dəyişikliyidir. Araşdırmalarda iştirak edən NASA nümayəndəsi Erik İvis isə deyib ki, əldə olunan nəticə son 20 ildə müşahidə edilənlərdir. Bundan sonra iqlimin necə dəyişəcəyindən asılı olaraq buzlaqlar da həmin sürətlə əriyəcək.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə