Əgər bu cəhətlərdən biri sevdiyinizdə varsa, demək şübhələnməyə dəyər
Ailədə xəyanətə məruz qalmaqdan şübhələnən insanlar, ələlxssus da xanımlar bunları mütləq bilməlidir. Türkiyənin tanınmış psixoloqlarından biri, professor Cem Keçe xəyanət probleminin ən aşkar təzahür problemlərindən bəhs edib.
ANS PRESS Türkiyə mətbuatına istinadən kişinin qadına nə qədər vəfalı olmasını müəyyən etmək üçün 17 əsas cəhəti təqdim edir:
-Hər dəfə harasa getmək üçün bəhanələr uydurur, evə gec gəlir
- Mobil telefon, planşet kompüter və ya noutbuka şifrə qoyur, bu şifrəni də sizdən gizlədir
- Facebook, Twitter, MSN kimi sosial şəbəkələrdə daha çox vaxt keçirməyə başlayır
- Tez-tez gəzintiyə çıxır
- Aradabir onun telefonu cavab vermir, zəng çalsa da, susur
- Sizinlə birlikdə olmağının həyatı və ya işində əngəllər yaratdığını düşünür
- Qəflətən idman etməyə başlayır, özünə, geyiminə çox böyük diqqət verir
- Xərclərində artım var
- Sizinlə danışanda fikri dağınıqdır və gözlərinizin içinə baxa bilmir
- Sizinlə soyuq davranır
- "Mənə nə edəcəyimi deməyə çalışırsan?" deyə sinirlənir
- Sizinlə "humanist və şəfqətli" davranır
- Gecədən xeyli keçmişədək kompüterdə çalışır və ya televizora baxır
- Ailə qayğılarını unutmağa başlayır
- Hər dəfə ikiniz yanaşı qalanda sanki siz yoxmuş təki davranır.
Əgər hansısa xanımın həyat yoldaşında göstərilən cəhətlərdən biri varsa, demək qorxmağa dəyər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB