«Planet gözəli-2012» gözəllik müsabiqəsi başa çatıb

«Planet gözəli-2012» gözəllik müsabiqəsi başa çatıb

Çexiyalı Tereza Fayksova planetimizin ən gözəl qadını seçilib

Filippində "Planet gözəli-2012" gözəllik müsabiqəsi başa çatıb. Bu ilki qalib Çexiya təmsilçisi Tereza Fayksova olub. Ona tacı "Planet gözəli-2011"in qalibi, Ekvador təmsilçisi Olqa Alava təqdim edib. İkinci yeri filippinli Stefani Stefanoviç, üçüncü yeri isə Venesuela təmsilçisi Osmariel Vilyalobos tutub. Qeyd edək ki, "Planet gözəli" müsabiqəsi 2001-ci ildən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə