Britaniyanın dünyaca məşhur BBC telekompaniyasının köhnə ofis binası dəbdəbəli hotelə çevrilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, binanın rekonstruksiyasına 5 milyon avro xərclənib. Hazırda "The Wood Norton" adı ilə hotel kimi fəaliyyət göstərəcək tikilidə 50 nömrə və restoran var.
Qeyd edək ki, Britaniyanın Vusterşir qraflığında yerləşən bina İkinci Dünya Müharibəsi dönəmində BBC-nin informasiya yayım mərkəzi kimi fəaliyyət göstərib. 1897-ci ildə tikilmiş bina həmin vaxt ovçuluq pavilyonu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB