Uşağını iş başında dünyaya gətirdi və...

Uşağını iş başında dünyaya gətirdi və...

ABŞ-ın ən məşhur otellərindən birində müdir işləyən qadın, sancıları başladığına və işdən icazə ala bilmədiyinə görə uşağını işdə dünyaya gətirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu hadisəyə görə işdən qovulan qadın məhkəməyə müraciət edib. "The Standart" otelin müdiri olan Dara Kimkee Dan otel əleyhinə 10 milyon dollarlıq təzminat davası açıb. Dara Kimkee verdiyi ərizədə həftədə 100 saat işlədildiyini və hamiləliyinə görə ona doğum icazəsinin verilmədiyini ifadə edib.Həkimlərinin etdiyi bütün xəbərdarlıqlara baxmayaraq işə davam etdiyini dilə gətirən qadın, doğum sancısı tutduğuna görə otelin 15-ci mərtəbəsində boş otaqların birinə girərək doğduğunu söyləyib.

Ərizəsində otelin iş rejiminə zidd davrandığı üçün işdən qovulduğunu deyən qadın ona qarşı ayrı-seçkilik edildiyi və bunun üçün məhkəməyə müraciət etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə