Qadınlar saçlarının toruna düşür

Qadınlar saçlarının toruna düşür

Saçlara vurulan formaldehid qadınlarda xərçəng təhlükəsi yaradır

Hazırda bütün dünyada məşhur olan "Braziliya keratini" qadınların gözəlliyini verib sağlamlığını əlindən alır. Reklamı yaxşı təşkil edilən və bu səbəbdən özünə ciddi tələbat yaradan bu maddə qadının həyatı ilə "zarafat" eləməsi deməkdir. Saçı anadangəlmə buruq, qıvrım olan xanımlar məhz keratin sayəsində arzuladıqları hamar saçlara sahiblənirlər. Amma saçları düzəldib hamarlaşdırmaqla iş bitmir. Bunun sonrası da var...

Dünyanın ən nüfuzlu sağlamlıq təşkilatlarından olan Amerika Dərman və Qida Qurumu bir müddət əvvəl ciddi bir xəbərdarlıq səsləndirdi. Qurumun alimləri son 5 ildə bərbər salonlarında tələbatı artan Braziliya keratinin yüksək səviyyədə kanserogen (xərçəng yaradır) maddə ehtiva etdiyini bildirdilər.

Qurum bildirirdi ki, keratinin tərkibində olan yüksək miqdarda formaldehid adlı maddə kanserogen maddələr sinfinə daxildir. Formaldehid maddəsinin əsas özəlliyi büzülməyin, burulmağın qarşısını almaqdan ibarətdir. İstehsalçılar uzun müddət ütülü qalmasını istədikləri paltarlara bu maddəni təbbiq edirlər. Dırnaq boyalarının qıvrılmasının və büzüşməsinin qarşısını almaq üçün də bu maddə köməyə gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə