25 il İngiltərə Ordusuna xidmət etdikdən sonra qadın olmağa qərar verən kişi əsl şəxsiyyətini qadın olduqdan sonra tapdığını söyləyir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Russel Jackson dünyaya kişi olaraq gəlib. Ancaq 16 yaşında ikən qadın olmaq düşüncələri ona rahatlıq verməyib. Cəmiyyət qarşısında biyabr olacağından qorxan Jackson bu yaşda sırf qadın olmaq duyğularına qalib gələ bilmək üçün orduya yazılıb. Orada heç bir dostu olmayan oğlan elə bil başqa bir dünyaya düşdüyünü söyləyirdi. O, 25 il orduda xidmət etdikdən sonra, nəyahət 2005-ci ildə qadın olmağa qərar verir. Təkcə sinələrini böyütmək üçün 4 min sterlinq xərcləyən oğlan adını da Jennie Jackson olaraq dəyişdirir. Son əməliyyatını keçən il keçirən qadın hal-hazırda çox xoşbəxt olduğunu söyləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB