"Gətirəndə görmürdünüz bu kişidir, ya arvad?"

"Gətirəndə görmürdünüz bu kişidir, ya arvad?"

Hindistanda Asiya Oyunlarının 3 qat qalibi 32 yaşlı Pinki Pramaniki kişi çıxdı

Hindistanın Qərbi Benqaliya ştatının məhkəməsi Cənubi Asiya Oyunlarının 3 qat qalibi Pinki Pramaniki kişi sayıb. Xarici mətbuatın verdiyi məlumata görə, 32 yaşlı idmançı indiyədək qaçış yarışlarına qadın atlet kimi qatılıb.

Lakin onun fırıldağının üstü iyunda rəfiqəsi Anamika Açarya tərəfindən məhkəməyə verildikdən sonra açılıb. Açarya iddia ərizəsində bildirib ki, əslində kişi olan Pramanik onu zorlayıb. Onlar hətta bir neçə il birgə yaşayıb. Pramanik bir müddət həbsdə olub, lakin 25 gündən sonra girov qarşılığında azadlığa buraxılıb. Həmin vaxt hindistanlı atletin cinsini müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılıb.

Noyabrın 12-də komissiyanın hesabatı açıqlanıb. Sənəddə bildirilib ki, Pramanik kişidir. Yaxın günlərdə o, zorlama ittihamı ilə məhkəmə qarşısında duracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə