Yaşayan ölülər…

Bəzi tanınmış şəxslər öldükdən sonra da qeyri-adi mübahisələrə səbəb olublar. SİA oxucularına yaşadıqları iddia olunan məhşurları təqdim edir:

1. Rus Çarı I Aleksandr (12.23.1777 – 11.19.1825)

Aleksandr ölkəni idarə etməyə başlayanda olduqca müvəffəqiyyətli idi, ancaq yaşamış olduğu bir çox hadisə onu şübhəsi və paranoyak bir insan halına gətirib. 1825-ci ildə soyuq bir gündə çıxdığı gəzintidə xəstələnib sətəlcəm səbəbiylə həyatla vidalaşıb. Ancaq bəziləri buna inanmır və onun əslində adını Feodor Kuzmizh olaraq dəyişdirərək həyatını sadə bir şəkildə davam etdirdiyini deyirlər. Aleksandrın 1925-ci ildə açılan məzarında cəsədinin tapılmaması şübhələri daha da artırıb.

2. Galler Şahzadəsi Diana (07.01.1961 – 08.31.1997)

Bir ikon halına gəlmiş olan Şahzadə Diana əslində İngiltərənin Kral ailəsinin bir üzvü olub. Şahzadə Diananın həyatını mübahisəyə çevirən onun niyə və necə öldüyü, ya da öldürüldüyü olmayıb. Mübahisə səbəb ölümündən sonra qucağında bir körpə ilə əlil arabasında görülmüş olmasıdır. Lakin 2,5 milyon insanın iştirakı ilə reallaşdırılan cənazə mərasimi bunun əksini söyləyib.

3. Jim Morrison (12.08.1943 – 07.03.1971)

"The Doors" qrupunun ən tanınmış üzvü Jim Morrison, 60-cı illərin ən məhşur insanlarından biri olub. Parisdə yaşamağa başladıqdan sonra həyatında əhəmiyyətli dəyişikliklər baş verən Morrison eyni zamanda depressiyaya da girib. Hamamda ölü olaraq tapılan Morrisonun meyidi yarılmayıb və ekspertiza dəqiq aparılmayıb . Ölüm səbəbi infarkt olaraq göstərilsə də digər bir çox səbəb də bildirilib. Bəzi vətəndaşlar isə Morrisonun ölüm xəbərindən əvvəl onu təyyarə ilə səyahət edərkən gördüklərini söyləyiblər. Yayılan məlumata görə, Morrison bəzi problemlərdən "qaçmaq" istəyib.

4. D.B.Cooper (11.24.1971-ci ildə itkin düşüb)

24 Noyabrda Boeing 727 tipi təyyarəsini qaçıran D.B.Cooper 200 min dollar tələb edib. Pulu ələ keçirən Cooper sonra paraşütlə təyyarədən tullanıb və o gündən sonra onun barəsində heç bir xəbər verilməyib. Ölüm xəbəri isə dəqiqləşməyib, onun gizləndiyini ifadə edən FBI hələ də dəlil axtarışındadır.

5. Amelia Earhart (07.24.1897 -01.05.1939)

Hava nəqliyyatının idarə olunması sahəsində yaddaşlarda iz qoyan Earhart Atlantik Okeanını tək başına keçə bilən ilk qadın pilot olduğu üçün mükafat qazanıb. Earhartın dənizin üzərində uçduğu zaman qəzaya uğradığı söylənilsə də, bəziləri onun yaponlar tərəfindən əsir alınıb öldürüldüyünü iddia edirlər. Hətta onun Yaponiyada gördüyünü söyləyən insanlar da var.

6. Adolf Hitler (04.20.1889 – 04.30.1945)

Benito Mussolini ilə eyni sonluğa sahib olmamaq üçün siyanür ilə özünü öldürən Hitlerin cəsədi Magdeburg yaxınlarında dəfn edilmiş şəkildə tapılıb. Lakin, daha sonra cəsədin qalıqları məzarından çıxarılıb və Elba çayına axıdılıb. Aparılan araşdırmalar nəticəsində məzardakı adamın Hitler olduğu sübut edilsə də, hələ də onun İspaniyaya ya da Argentinaya qaçmağı haqqında ifadələr söylənilir.

7. Michael Jackson (08.29.1958 – 06.25.2009)

Siyahıdakı ən yeni ölüm isə popun kralı adlandırılan Michael Jacksondur. Ölüm səbəbinin həkiminin verdiyi ziyanlı dərmanlar olduğu bildirilsə də, bəziləri Michaelın cəsədinin dəfn günündə tabutun içində olmadığını deyib. Onlar bildirib ki, bu xəbər sadəcə şou xarakterlidir və pop kral yaxınlarda qeyri adi şəkildə pərəstişkarlarının qarşısına çıxacaq.

8. Tupac Shakur (06.16.1971 – 09.13.1996)

Tupac Shakurun ölümü bu gün tamamilə sirr olaraq qalıb. Şosedə gedərkən vurularaq öldürülən Shakur çox məşhur reper olub. Onun ölmədiyi isə əsaslı dəlillərlə müdafiə olunub. Bildirilib ki, öldükdən sonra onun ictimaiyyətə təqdim olunmuş 8 albomunda yer alan mahnıların sözləri ölən və yenidən dirilən bir adamın yazacağı sözlərdir. Mediya işçiləri isə ölümündən sonra bir neçə dəfə onun şəkilini çəkdiklərini söyləyiblər. Hətta dəlil kimi isə onun Bourbon Prospektində içki içərkən çəkilən fotoşəklini göstəriblər.

9. Düşes Anastasia (07.18.1901 – 07.17.1918)

İkinci Çar Nikolayın qızı olduğuna görə, bir çoxları onun zəngin və uzun bir həyat yaşadığını düşünə bilər. Lakin Anastasia və onun ailəsiBolşevik KQB (Dövlət Təhlükəsizlik Xidməti) tərəfindən öldürülüb. Lakin sonradan aparılan araşdırmalara görə onun cəsədi tapılmayıb. Bəziləri onun qaçdığını deyib. 2009-cu ildə verilən şərhdə isə Anastasianın cəsədinin tapıldığı bildirilib.

10. Elvis Presley (01.08.1935 – 08.16.1977)

Jackson necə popun kralı olaraq tanınırsa, Elvis Presley də Rokun Rollun kralı olaraq məhşurlaşıb. Həddindən artıq dozalı dərman qəbul edərək hamamda ölü tapılan Presleyin pərəstişkarları əslində məzardakı cəsədin ona məxsus olmadığını bildiriblər. Məzarda başqa bir şəxsin mumiyalanmış bədəninin olduğunu və onun ölmədiyini müdafiə ediblər. Bəziləri onun mafiya tərəfindən gizlədildiyini iddia edib. Deyilənə görə, hətta onu Tennessedə də görənlər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə