“Vampir Dinozavrlar” tapılıb MARAQLI

“Vampir Dinozavrlar” tapılıb MARAQLI

Cənubi Afrikada tapılan "Vampir dinozavr" adlandırılan dinozavr qalığı həyəcana səbəb olub. SİA-nın məlumatına görə, bununla bağlı Çikaqo Universiteti araşdırma aparıb. Araşdırmanın nəticələri "Zookeys" adlı elmi jurnalda dərc olunub. Belə ki, yarı kirpi, yarı quşun xüsusiyyətlərini daşıyan bu dinozavr qalığı elm dünyasında çaşqınlıq yaradıb. Bu növün bundan yüz milyon il əvvəl pişik boyda olduğu bildirilib. Uzun köpək dişləri ilə yanaşı, bəhs edilən növün dimdiyi də var. Kəşf edilən bu yeni dinozavr növünə "Pegomastax Aficanus" (Qalın çənəli Afrikalı) adını veriblər.

Aydan Xanlarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə