Dünyanın ən “mərhəmətli” 3 oğrusu

Aşağıda dünyanın ən mərhəmətli 3 oğurluq hadisəsini diqqətinizə çatdırırıq:

1) İsveç universiteti professorunun notebookunu oğurlamış oğru, içindəki məlumatları yaddaş kartına köçürərək, professora yollayıb. Professor bu oğurluğu aşkarlayandan sonra dəhşətə gəlmişdi, çünki həmin notebookda onun 10 illik əməyi var idi.

2) Aşağı Saksoniyadakı evlərdən birinə silahlı oğru girir. Evin dayəsini silahla təhdid edən zaman evdəki uşaqlar yığdıqları pulları gətirərək oğrudan dayələrini vurmamağı xaiş edirlər. Oğru o qədər təsirlənir ki, evdən heç bir şey götürmədən çıxıb gedir

3) 2011-ci ilin oktyabr ayında oğru maşından 2 mobil telefon və pul qabını götürür. Telefonların birini açıb baxanda, videoların içində uşaq pornoqrafiyası ilə bağlı lentlər görür. Gördüklərindən iyrənən oğru həmin telefonla birlikdə polisə təslim olur. Onun bu köməkliyi ilə, uşaqlara zorakılıq tətbiq edən 46 yaşlı kişi tutulub. Telefon oğrusuna isə cəmi bir ay həbs cəzası və kiçik cərimə tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...