Hollandiyalı su mütəxəssisi 60 yaşlı Erik Van Bronsvijk 2007-ci ildə at arabası ilə gəzintiyə çıxıb.SİA-nın verdiyi məlumata görə, onun marşrutu Hollandiyadan İstanbula, oradan İbrahim peyğəmbərin dəfn olunduğu Qüds şəhərinədək uzanır. Əgər mümkün olsa Erik Van Bronsvijk Məkkəni də zuyarətə yollanacaq.
Hollandiyalı düz 5 ildən sonra İstanbula gəlib çatıb. 4 uşaq və 9 nəvə sahibi olan Erik Van Bronswijk İstanbulun İstiqlal prospektindəki Hollandiya Baş konsulluğuna gəlib. Səyahətçi İstiqlal prospektində irəliləyərkən ortaya maraqlı görüntülər çıxıb. Erik Van Bronsvijki Hollandiyanın İstanbuldakı Baş konsulu Onno Kervers qarşılayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB