Dünyanın məşhur maliyyə nəşrlərindən olan "Forbes" jurnalı ən zəngin 400 amerikalının siyahısını açıqlayıb. "Microsoft" şirkətinin banisi Bill Geyts bu il də ən varlı amerikalıların reytinqin siyahısına başçılıq edir. İkinci yerdə isə prezident Barak Obamanın vergi siyasətinə dəstək verən sərmayəçi Uorren Baffet gəlir.
Sosial mediya rəhbərləri ən varlılar siyahısında xeyli geriləyiblər. Ötən il ən varlılar siyahısında 14-cü yerdə olan "Facebook"un yaradıcısı Mark Zuckerberq bu il 22-ci yerdədir. Mark Zuckerberq 8 milyard 100 milyon dollar itirdiyi üçün ən varlılar siyahısında geriləyib.
Bu ilki siyahıda 45 qadının da adını görmək olar. Diqqəti cəlb edən isə siyahıda 28-ci yerdə qərarlaşan "Apple" şirkətinin qurucusu Stiv Cobbsun həyat yoldaşı Lauren Poveldir.
Siyahıda yalnız tək-tək insanların sərvəti deyil, həm əonların onların ABŞ iqtisadiyyatında yerləri də göstərilir. Ümumilikdə 400 ən varlı şəxsin sərvəti ötən illə müqayisədə 13 faiz artaraq 1 trilyon 700 milyon dollara çatıb. Bu rəqəm 13 trilyon 560 milyardlıq Amerika iqtisadiyyatının 8-də birinə bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB