İsrail eşşək axtarır

İsrail hökuməti Misirdən 100 min eşşəyin idxal olunmasına çalışır. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, buna baxmayaraq siyasi amillərlə əlaqədar adı çəkilən ölkəyə eşşək satışına icazə verilməyib. İsrail rəhbərliyi həmin eşşəklərin dərisindən xərçəng xəstəliyinin qarşısının alınması məqsədilə elmi işlərdə istifadə etmək üçün istəyib. İsrailin bu təklifini rədd etdiyini söyləyən Dr. Abdüzzahir Fələstin-Ərəb Xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, bu tələb ilk olmayıb, tibbi araşdırmalarda istifadə edilmək üçün daha əvvəl də qərb ölkələri Misirdən eşşək idxal etməyə çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə