Şəhər gününə hazırlaşın!

Sumqayıtlılar bu il də şəhər gününü möhtəşəm qeyd edəcək. Sumqayıt şəhər İcra hakimiyyətindən (SŞİH) SİA-ya verilən məlumata görə, məhz bununla əlaqədar olaraq Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi 16 sentyabr Şəhər Günü münasibətilə mədəniyyət müəssisələrində silsilə tədbirlər həyata keçirəcək.

Qeyd edək ki, ötən il olduğu kimi Sumqayıtda şəhər gününün dəniz sahilində Corat qəsəbəsindən başlanacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə