Dünyanın ən uzunsaçlı qadınları Çində yaşayır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çinin Huanglo kəndi bu xüsusiyyətinə görə Ginnesin rekordlar kitabına düşüb. Kənddə yaşayan qadınların saçlarının ən qısası 1,8 metrdir. Ən uzun saç isə 2,7 metrdir. Kənd sakinləri üçün saç qadınların xəzinəsi kimi qiymətləndirilir.
Kəndin qadınları ömürlərində bir dəfə 16 yaşlarında saçlarını kəsmə şansı qazanırlar. Bu da onların həyat yoldaşı seçməyə başladığı vaxtdır. Bundan sonra isə qadınlar ölənə kimi saçlarını əsla kəsmirlər.
Qadınların nimçə şəklində olan saç düzümlərinin də özünəməxsus mənası var. Belə ki, saç başın ətrafına sarınıbsa, bu, həmin qadının evli, amma uşaq sahibi olmadığını göstərir. Saç ön hissədə bir yerə toplanıbsa onlar həm evli, həm də uşaqlı sayılırlar. Saçın üstünə yüngül baş örtüyü atılıbsa, deməli qadın subaydır və özünə sevgili axtarır.
Maraqlı adətinə illərdir sadiq qalan kənd qadınları uzun saçın onlara uğur və zənginlik gətirdiyinə inanırlar. Məhz bu xüsusiyyətinə görə bu gün də dünyanın müxtəlif yerlərindən Huanglo kəndinə turist axını davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB