İnsan həyatını xilas edən telefon!

İnsan həyatını xilas edən telefon!

Özünü olduqca möhkəm və etibarlı telefon kimi göstərmiş klassik "Nokia 3310" mobil telefonu haqqında saysız-hesabsız məzəli hekayələr mövcuddur. Sözügedən model təxminən 12 il əvvəl buraxılıb və həmin vaxtdan bu günə kimi şirkətdə bir çox yeniliklər olub. Məlum olub ki, bu istehsalçının telefonları hələ çox şeyə qadirdir.

Baş verən hadisə haqqında xəbər vətəndaş müharibəsi şəraitində olan Suriyadan gəldi. Belə ki, "Nokia X2" telefonunun sahibi dövlət qoşunları və qiyamçılar arasında gedən döyüşü videoya çəkirdi. Ehtimal olunur ki, həmin insan çox məsuliyyətsiz davranıb və silahlı döyüşçülərin yanlarına yaxınlaşıb. Hadisə zamanı operator mobil telefonunu sağ əlində ağız səviyyəsində saxlayırmış. Qəfildən telefona onun sahibini öldürə biləcək güllə dəyir, lakin "Nokia X2" onun qarşısını ala biləcək qədər möhkəm çıxır. Güllə telefonda ilişib qalır, onun sahibi isə sağ qalır. "My Nokia Blog" nəşrinin Facebook-dakı ismarıca istinadən yaydığı bu hekayənin həqiqətə nə qədər uyğun olub-olmadığını müəyyənləşdirmək çox çətindir. Lakin əgər hər şey elə qeyd olunduğu kimi baş veribsə, bu çox sevindirici haldır, çunki bu o deməkdir ki, müasir cihazlar öz-özünə yanıb sahibləri üçün təhlükə yaratmaqdan başqa, bəzən onların həyatlarını xilas da edə bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə