"İdeal Sülhün Təbliği Fondu" neçə illərdir ki, yaradan, sevgi, kainat sirrində insan adlı silsilə tədbirlərin davamı olaraq bir neçə ölkənin iştirakı ilə müəyyən tədbirlər keçirib. Bu barədə SİA-ya məlumat verən Fondun təsisçisi Əlikram Müzəffər deyib ki, bir neçə gün öncə "Gələk Gülüstana dönək bu dünya" adlı bu silsilədən konfrans keçrilib.
"İran, Hollandiya, Almaniya, Çin, Ukrayna və digər ölkələrdən qonaqlar gəlib. Müraciət qəbul olunub ki, min illərdir nə inananlar, nə də inanmayanlar Allahın olmadığını sübut edə bilməyib. Buna görə də onu sirr kimi qəbul edilib. Dünya insanlarını xoş qəlblə bir-birinə baxmağa dəvət edib. Bu gün bütün bəşəriyyət insanlar arasında sülhün bərqərar olması üçün arayışdadır. Bəşəriyyət yaranandan o istəkdə olub. Artıq həmin arzu zəruriyyətə çevrilib. Bu o deməkdir ki, həmin günün vaxtı çatıb və insan - INSAN adına layiq cəmiyyətdə yaşamalıdır. Bu yaşayış tərzi artıq zəruriyyətdən irəli gəlir və gələcəkdə bu dünyanın bütün xalqlarına nəsib olacaq.
"İdeal Sülhün Təbliği Fondu" dünyada ideal sülhün bərqərar olması üçün bütün potensialını səfərbər etmiş insanların könüllü birliyidir. Gələcək nəsillərin sülhsevərlik, qardaşlıq, barış hisslərinin qucağında böyüməsi naminə Fondun nəzdində milliyətindən, inancından asılı olmayaraq 10-15 yaşlı uşaqlardan ibarət "Beynəlxalq Parlament Mərkəzi" yaratmışıq və bütün dünyada bu Mərkəzi yaratmağı düşünürük.
Amerika Strateji Araşdırmalar İnstitutunun sədri Erik Peterson yazır ki, dünya sülhsevər lider sıxıntısı çəkir. Gələcəyin problemlerinə daha yeni bir problemler ortaya çıxmadan, gərəkli tədbirləri ala bilmək üçün sadəcə Amerikada deyil, bütün dünya ölkələrində bacarıqlı, sülhsevər liderlər yetişməsi gərəkir. Bunları nəzərə alan fond tərəfindən prezidentə ünvanlanan məktubda bu və digər məsələlər əks olunub. Prezidentə ünvanlanacaq məktubda deyilir ki, belə bir sülhsevər liderlər sarayı Bakıda və Brüsseldə tikilsin. Gələn il Ulu Öndərin 90 illiyi yubileyi ilə əlaqədar həmin sarayda dövlət rəhbərlərini, xarici qonaqların iştirakı ilə böyük bir konfrans keçirilsin. Bununla həm Azərbaycan dünyaya sülh dərsi versin, həm də Azərbaycan həqiqətləri bu yolla daha da yayılsın.
Gələcək planlarımıza fondun himninin yazılması daxildir. "Tək bir o" adlanacaq himni müxtəlif icmaların, icmaların nümayəndələri oxuyacaq. Bu fəlsəfəni hamı qəbul edib ki, "ondan gəlimişik, ona da dönəcəyik". Parol da elə budur. Belə himni çəkərək bir neçə dildə yayımlanacaq. Bundan əlavə, bu gün və sabahın sülh carçıları, əxlaqlı lider uşaqlar yetişdirib müxtəlif ölkələrə göndərəcəyik. Digər ölkələrdən olan uşaqlar da Bakıya gələrək Azərbaycan həqiqətlərini öz gözləri ilə görəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB