Rusiya və Moskva patriarxı (RMP) Kiril Ukrayna paytaxtına səfəri zamanı FEMEN hərəkatının üzvü olan yarıçılpaq qadının hücumuna məruz qalıb. İnsident Kiyevdəki "Borispol" aeroportunda baş verib.
Patriarx təyyarədən düşən zaman qurşağadək çılpaq olan qadın Kirilin üstünə qaçaraq şüar səsləndirib. Milis asyişi pozanı saxlayıb. Qadının bədənində "Kill Kirill" sözləri yazılıb.
Qeyd edək ki, RMP rəhbəri Kiyevdə keçiriləcək dini bayram tədbirlərində iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB