Sənədlərin tanınması və daxili edilməsi, linqvistika və tərcümə sahəsində aparıcı proqram təminatı və xidmətlər təchizatçısı olan Rusiyanın ABBYY şirkəti öz məhsullarını inkişaf etdirməkdə davam edir. SİA-nın xəbərinə görə, şirkət Azərbaycan dili üçün morfologiya modulunun işlənib tamamlandığını açıqlayıb və onu skaner, faks və çoxfunksiyalı qurğulardan alınan sənədlər və PDF-faylların emalı üçün yeni ABBYY Recognition Server 3.5 yüksək məhsuldarlıqlı server həllinə daxil edib.
Lokal dəstəyi morfologiya sınağı üçün material təqdim edən ABBYY-nin Azərbaycandakı sertifikatlaşdırılmış tərəfdaşı SINAM şirkəti göstərib. Ekspertlərin fikrincə, morfologiyanın dəstəklənməsi Azərbaycan dilində olan mətnlərin düzgün tanınması faizini xeyli artıracaq və bununla da ABBYY-nin həllərini Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları layihələrində tətbiqini genişləndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB