Marsda qeyri-adi krater - FOTO

Avropa Kosmik Agentliyi ətrafında krater tullantısı təsiri bağışlayan qeyri-adi yağlılığın yer aldığı Mars kraterinin fotolarını dərc edib. Şəkillər "Marks Espress" kosmik aparatı tərəfindən lentə alınıb. Astronomların diqqətini çəkən krater günəş sistemində ən böyük dərələrdən olan Mariner vadisindən 250 kilometr cənubda yerləşir.


Məlumata görə, kraterin diametri 16 kilometrdir. Onun ətrafında simmetrik olmayan krater qalığını görmək mümkündür. Maraqlı cəhət kraterin mərkəzində su səthinin müşahidə edilməsidir. Bu isə Marsda həyatın olması ilə bağlı daha əvvəllərdən yaranmış ehtimalları artırır.


Qeyd edək ki, "Mars-Eksperss" kosmik aparatı 2003-cü ildə Baykanur kosmodromundan buraxılıb. Stansiyanın içərisində yüksək effektli kamera ilə yanaşı, ionosfer radarı, həmçinin infraqırmızı və ultrabənövşəyi spektrmertlər var.

Bütün xəbərlər Facebook səhifəmizdə