ABŞ-ın Kolorado əyalətində qəribə hadisə baş verib. Avtomobilinə yaxınlaşan qadın içəridə 3 ayı balası olduğunu görüb. İlk anda şoka düşən qadın soyuqqanlı hərəkət edərək vəhşi heyvanların şəklini çəkib. Balaları avtomobilə ana ayının mindirdiyi güman olunur. Belə ki, ötən həftə bölgədə ayının 14 avtomobilin qapısını açması hadisəsi baş verib.
Rəsmilər sürücülərə avtomobillərin qapısını bağlamalırı və içəridə ərzaq qoymamaları istiqamətində xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB