Bu günlərdə ABŞ-da "Allah var, lakin bizdən çox uzaqlardadır" kimi sərlövhələrlə çoxsaylı məqalələr nəşr olunur. Sensasiya kimi qələmə verilən materialların meydana gəlməsinə səbəb NASA-nın mütəxəssislərinin "Hubble" supersensitiv teleskopunun vasitəsilə əldə etdikləri fotogörüntüdür.
Şəkildə ulduz tozları toplusunun insan üzünü xatırlan formada yerləşməsi əksini tapıb. Bəzi din xadimləri və jurnalistlər oradakı təsvirin məhz Allaha məxsus olduğunu iddia edirlər.
Astronomlardan gələn açıqlamalar həmin fikirlərin üzərindən tamamilə xətt çəkir. Alimlər bildirirlər ki, həmin görüntünün yarandığı kosmik ərazi Yerdən 75 milyon işıq ili uzaqlığında yerləşir. Onların qənaətincə, gördüyünüz şəkildəki iki spiralvari qalaktikanın toqquşmasıdır və bu proses planetimizdən belə müşahidə olunur.
Qeyd edək ki, əvvəllər də bu cür görüntülərin Allaha məxsusluğunu iddia edən fikirlər səslənib. Amma onların heç biri elmi təsdiqini tapmayıb. Belədə Allah bizim üçün gözə görünməyən qeyri-maddi varlıq olaraq qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB