Özbəkistanın Buxara vilayətinin rayonlarının birində müəllimlər və tibb işçiləri əməkhaqqına pul əvəzinə Serbiyadan gətirilən cücə alıblar. Vabkənd rayonunun büdcədən maliyyələşən qurumlarına 20 min cücə paylanıb. 40 mini isə yaxin aylarda qurumlar arasında bölüşdürüləcək.
Özünü Odil kimi təqdim edən müəllimlərdən biri cücələrin paylanmasının məcburi olduğunu deyib: "Bizə 10 cücə götürməyə vadar etdilər, Serbiya cücəsinin biri 5,5 min sumdur, (dövlət məzənnəsi ilə 3, qara bazarda isə 2 dollar) yerli cücələr daha ucuzdur. Lakin etiraz edə bilmədik".
Yerli məmurlar isə cücənin paylanmasının əhalinin raziliği ilə edildiyini deyir. Hətta hökumət nümayəndələri bu tətbiqin uğurlu olduğunu deyirlər.
Deyilənə görə, Daşkənddə isə ödəmə buzovla veriləcək. Qeyd edək ki, respublikada orta əmək haqqı 320 ABŞ dolları civarındadır. Daşkənddə bu rəqəm 100 dolları keçmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB