“Elektron hökumət” internet portalına 16 mərkəzi icra orqanları qoşulub

“Elektron hökumət” internet portalına 16 mərkəzi icra orqanları qoşulub

Bu ilin yay-payız aylarında "Elektron hökumət" internet portalının istifadəyə verilməsi nəzərdə tutulub. SİA-nın xəbərinə görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin aparıcı məsləhətçisi Etibar Umudov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda bu portala mərkəzi icra orqanlarının 60-a yaxın elektron xidməti inteqrasiya olunub və proses indi də davam etdirilir. E.Umudovun sözlərinə görə, portala qoşulan 16 mərkəzi icra orqanları arasında Daxili İşlər, Nəqliyyat, Vergilər nazirlikləri və digər dövlət qurumlarının adları var.


O vurğulayıb ki, portal istifadəyə verildikdən sonra mərkəzi icra orqanlarının portala qoşulması davam etdiriləcək və nəticədə bütün mərkəzi icra orqanlarının bu portalda elektron xidmətləri əks olunacaq. 2013-cü ilin ikinci yarısında ölkədə 300-ə yaxın elektron xidmətin istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə