Yüksək sürət Göyçay sakininin ölümünə səbəb oldu

Yüksək sürət Göyçay sakininin ölümünə səbəb oldu
İsmayıllı rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.SİA-nın xəbərinə görə hadisə bu gün axşam saat 19:00 radələrində Muğanlı-İsmayıllı yolunun 35-ci kilometrliyində qeydə alınıb. Göyçay rayonunun Ləkçiplaq kənd sakini 1960-cı il təvəllüdlü Seyidov Nazim İbrahim oğlu 23-BE-999 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yoldan çıxararaq ağaca çırpıb. Hadisə nəticəsində sürücü N.Seyidov dünyasını dəyişib. Mərhumun yaxınlarından SİA-ya verdiyi məlumata görə N. Seyidov uzun illər Rusiya Federasiyasında yaşayaraq şəxsi biznelə məşğul olub. Onun 1 həftə əvvəl vətənə gəldiyi deyilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə