\"Titanik\" 3D formatında

Dünyanın maraqla izlədiyi \"Titanik\" filmi yeni versiyada hazırlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, filmin 3D versiyası Londonda təqdim olunub. "Hollywood"un məşhur rejissoru Cems Kameron isə tamaşaçılara yeni versiyada olan filmin xüsusi effektlərə malik olduğunu deyib.

Təqdimat mərasimində filmin əsas obrazları da iştirak edib. Lakin baş rolu canlandıran Leonardo Dekaprio müəyyən səbəblərə görə premyeraya qatıla bilməyib. Aktyor buna görə əvvəlcədən bütün azarkeşlərdən üzr istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə